Aİ Məhkəməsi sanksiyalara etiraz edən rusiyalı iş adamlarının iddialarını rədd etdi...

Avropa İttifaqının Lüksemburqdakı Ədalət Məhkəməsi Rusiyanın Ukraynadakı hərbi əməliyyatı səbəbindən Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara etiraz edən dörd rusiyalı sahibkarın iddialarını rədd edib...

Poliqon xəbər verir ki, məhkəmə həmçinin iddiaçılarən məhkəmə xərclərini ödəməsi barədə qərar verib.

Məhkəmə iddialarını rədd etdiyi biznesmenlər:

- Boru Metallurgiya Şirkətinin keçmiş sahibi Dmitri Pumpyanski, həyat yoldaşı Qalina Pumpyanskaya və oğlu Aleksander Pumpyanski.

- NOVATEK və SIBUR-un ortaq sahibi Gennadi Timçenko və həyat yoldaşı Yelena Timçenko.

- "Yandex"in keçmiş idarəedici direktoru Tiqran Xudaverdyan.

- "Safmar" qrupunun sahibi Mixail Qutseriyev.

Brüssel iyun ayında 11-ci sanksiyalar paketini açıqlayıb. Məhdudiyyətlər təxminən 1800 şəxs və təşkilata təsir edib. 2022-ci ildə Rusiya və Belarusdan olan 60-dan çox sahibkar və bir şirkət Avropa Məhkəməsinə sanksiya siyahısına daxil edilməsinə etiraz etmək üçün iddia qaldırıb.

Poliqon.info