Kiyevdə birinci ledilərin zirvə toplantısı keçirilir

Kiyevdə Birinci Ledilər və Centlmenlərin üçüncü zirvə toplantısı keçirilir...

APA xəbər verir ki, bu il toplantının mövzusu: "Psixi sağlamlıq: Gələcəyin Dayanıqlığı və Zəifliyi"dir.

Birinci Ledilər və Centlmenlər zirvə toplantısı 2021-ci ildə Ukrayna Prezidentinin xanımı Yelena Zelenska tərəfindən təcrübə mübadiləsi və bütün dünyada insanların rifahı naminə birgə layihələrin həyata keçirilməsi üçün təsis edilmiş dövlət və hökumət başçılarının həyat yoldaşlarının beynəlxalq birliyidir.

Bu il sammit çərçivəsində Albaniya Prezidentinin xanımı Armanda Beqay, Ukrayna Prezidentinin xanımı Yelena Zelenski, Ermənistan Baş nazirinin xanımı Anna Akopyan, Avstriya Prezidentinin xanımı Doris Şmdauer, Böyük Britaniya Baş nazirinin xanımı Akşata Murt panel müzakirəsində iştirak edəcək.

Poliqon.info