Hindistan adını dəyişir? - XİN-dən açıqlama...

G20 sammitinin reqlamentində bir neçə dəfə Hindistan əvzinə Bharat adı keçib…

Hindistanın xarici işlər naziri Subramaniam Caişankar bildirib ki, Yeni Dehlidə keçiriləcək G20 sammitinin materiallarında ölkəsinə aid Bharat sözünün işlədilməsi dövlətin adının dəyişdirilməsi cəhdi deyil.

Poliqon bu barədə ANI Agetliyinə istinadən xəbər verir.

Nazirin sözlərinə görə, respublikanın hakimiyyət orqanları yalnız hind dilində konstitusiyada təsbit olunmuş addan istifadə edib.

Qeyd olunur ki, Bharat sözü G20 dövlətlərinin liderlərinin dəvət olunduğu prezident Draupadi Murmunun adından verilən şam yeməyinə rəsmi dəvətdə, eləcə də xarici nümayəndə heyətlərinə verilən kitabçada istifadə olunub.

Bundan əvvəl The Economic nəşri Hindistan hökumətinin ölkənin rəsmi adını Bharat olaraq dəyişdirmək niyyətində olduğunu yazmışdı. Müvafiq qərar parlamentin sentyabrın 18-22-nə təyin edilmiş növbədənkənar iclasında təqdim oluna bilər.

Hindistan Milli Konqresinin rəhbəri Jairam Rameş G20 naharına rəsmi dəvətlərin “Hindistan Prezidenti” deyil, “Bharat prezidenti” tərəfindən qarşılanacağını təsdiqləyib.

Ölkənin ikinci aparıcı siyasi partiyası olan Bharatiya Janata Partiyasının (BJP) deputatı Rajya Sabha Nareş Bansal bildirib ki, yuxarı palatanın bu yaxınlarda başa çatan iclasında ad dəyişikliyi təklifini təqdim edib:

“İngilislər Bharatı Hindistan adına dəyişdirdilər. Ölkəmiz min illərdir ki, Bharat adı ilə tanınır. Hindistan adı konstitusiyadan çıxarılmalıdır”, deyə siyasətçi bildirib.

Qeyd edək ki, Hindistanda bir neçə böyük şəhərin adı artıq milli adət-ənənələrə uyğun olaraq dəyişdirilib: 1995-ci ildə hindular və müsəlmanlar arasında baş verən toqquşmadan sonra Bombay ilahə Mumba Devinin şərəfinə Mumbay olub. 1996-cı ildə Madras Çennaya çevrilib və Kəlküttə 2001-ci ildə Kolkata adlandırılıb (daha çox hind tələffüzünə uyğundur).

Poliqon.info