Barak Obamaya qarşı homoseksualist iddaları irəli sürülüb…

Amerikalı Larry Sinclair teleaparıcı Taker Karlsona Barak Obama ilə homoseksual münasibətlərindən danışıb…

Poliqon xəbər verir ki, teleaparıcı Taker Karlson 1999-cu ildə sonradan ABŞ prezidenti olmuş Barak Obama ilə intim münasibəti olduğunu açıqlayan bir adamla müsahibənin anonsunu dərc edib.

Larry Sinclair adlı şəxsin ilk dəfə 2008-ci ildə ABŞ seçkiləri zamanı, o cümlədən mətbuat konfransı keçirərək bu barədə açıqlamalar verdiyi və bundan sonra oğurluq ittihamı ilə həbs edildiyi vurğulanır. Buna baxmayaraq, Larry Sinclair Barak Obamaya qarşı ittihamlarına dair sübut təqdim etməyib. Obamanın ofisinin sözçüsü bu məlumatı açıq şəkildə şərh etməyib.

Tam müsahibənin premyerası sentyabrın 6-da axşam saatlarında olacaq.

Poliqon.info