ABŞ-da Kapitola hücuma görə 22 il həbs qərarı…

“Proud Boys” qrupunun keçmiş lideri Kapitola hücumuna görə 22 il məhkum edilib…

Poliqon xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Kanal xəbər verir ki, “Proud Boys” (Qürurlu oğlanlar) qrupunun keçmiş lideri Enrike Tarrio Kapitoliyə hücumla bağlı 22 il həbs cəzasına məhkum edilib. Beləliklə, ABŞ-ın Kolumbiya Metropolitan dairəsi məhkəməsinin bu hökmü bu iş üzrə ən ağır hökm olub.

Telekanal xatırladıb ki, ittiham tərəfi Tarrioya 33 il həbs cəzası istəyib.

Qeyd edək ki, bir neçə gün əvvəl məhkəmə qrupun digər tanınmış üzvü Ethan Nordini 18 il müddətinə azadlıqdan məhrum edib. Bu hökm ikinci ən ağır hökm idi.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları tərəfindən Kapitoliyə hücum 6 yanvar 2021-ci ildə Vaşinqtonda keçirilən mitinqdən sonra baş verib. Hücuma görə Konqressin işinə bir neçə saat fasilə verilib. İğtişaşlar nəticəsində nümayişçilərdən biri, həmçinin bir polis həlak olub. Daha üç nəfər zorakılıqla bağlı olmayan səbəblərdən ölüb. Etirazçılar Demokratlar Partiyasının nümayəndəsi Co Baydenin prezident seçkilərində qələbəsini təsdiqləmək proseduruna müdaxilə etməyə cəhd ediblər.

İnsidentdən sonra Nümayəndələr Palatası Trampa qarşı qiyam ittihamı ilə impiçment elan etsə də, Senat siyasətçiyə bəraət qazandırıb.

Hazırda isə Tramp bu işlə bağlı mühakimə olunur.

Poliqon.info