Gömrük Komitəsi "Kontakt home" mağazalar şəbəkəsinin daxil olduğu şirkət barəsində protokol tərtib etdi

"Kontakt home" mağazalar şəbəkəsinin daxil olduğu şirkət - "ABC-telecom" Məhdud Məsuliyyətli Cəmiyyət barəsində protokol tərtib edilib.

Dövlət Gömrük Komitəsi İB-yə protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.(pravda.az)

Poliqon.info