Mauro İkardi dünyanın ən bahalı avtomobilini aldı - Foto

“Qalatasaray”ın hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb...

Bildirilir ki, argentinalı futbolçu hazırda cəmi üç nüsxədə istehsal olunan “Rolls-Royce” avtomobilini əldə edib. Bu avtomobilin qiyməti 26 milyon avro olaraq qiymətləndirilir.

Deyilənlərə görə, avtomobilin üç nüsxəsindən biri mirvari hasilatı ilə zəngin olan bir sənayeçiyə, digəri Jay-Z və Beyonceyə, üçüncüsü isə Mauro İkardiyə satılıb.

Xatırladaq ki, ötən mövsüm 30 yaşlı hücumçu Türkiyə Superliqasında 24 matçda iştirak edib, 22 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.“Transfermarkt”-ın verdiyi məlumata görə, futbolçunun bazar dəyəri 19 milyon avrodur.(oxu.az)

##galery##

Poliqon.info