Ukrayna qondarma “LXR”in “gömrük rəisi”nin evini partlatdı...

Qondarma "Luqansk Xalq Respublikası"nın “gömrük rəisi” Yuri Afanasyevski ağır yaralanıb...

Poliqon “Unian”a istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti onun evini partladıb.

“O, öz evində partladılıb. Afanasevski baş, boyun, mədə nahiyəsindən çoxsaylı qəlpə yaraları alıb və ağır vəziyyətdə reanimasiyadadır. General-mayor və mərkəzi aparatın agenti olan bu !fiqur” “LXR” rəhbəri Leonid Paseçnikin maliyyəçisi kimi ilə tanınır”, deyə mənbə bildirib.

Afanasyevski Ukraynaya qarşı vuruşan silahlı birləşmələri maliyyələşdirmək üçün vəsaitlərin “yuyulmasında” ittiham olunur. Avropa İttifaqı, Böyük Britaniya, Kanada, İsveçrə, Yaponiya ona qarşı sanksiyalar tətbiq edib.

Poliqon.info