Zelenskaya: Ərimin tarixi şəxsiyyət olacağını xəyal edə bilməmişdim…

Ukraynanın birinci xanımı Olena Zelenskaya artıq əri ilə yaşamadığını açıqlayıb…

Poliqon xəbər verir ki, Olena Zelenskaya bu barədə BBC kanalına verdiyi şəxsi müsahibəsində danışıb. Ukraynanın birinci xanımı qeyd edib ki, onların ailəsi bölünüb.

“Biz ərimlə yaşamırıq, ailə bölünüb. Bizim bir-birimizi görmək imkanımız var, amma istədiyimiz qədər deyil. Oğlum atası üçün darıxıb”, deyə Zelenskaya bildirib.

Ukraynanın birinci xanımı qeyd edib ki, müharibə başlayandan sonra həyatın qeyri-müəyyənliyi övladlarına baha başa gəlib və əlavə edib ki, ərinin belə “tarixi şəxsiyyət” olacağını heç xəyal belə edə bilməyib.

Poliqon.info