Köçəryan və Sarkisyanın aktivləşməsi... - Kremlin yeni oyunun hədəfi Paşinyandır, yoxsa Azərbaycan?

Rusiya bu iki sabiq siyasətçini yenidən arenaya qartarmaqla hansı məqsədi güdür?..
Politoloq: “Rusiya yenidən Ermənistanda siyasi təsirini bərpa etmək və İrəvanın Qərb ölkələri ilə əməkdaşlığı dərinləşdirmək cəhdlərinə mane olmaq üçün fəallaşıb”.

“Paşinyan komandası çox çalışır ki, Rusiyanın Qarabağ ermənilərini müdafiə etməməsi ilə bağlı rəy yaradıb, Moskvanı gözdən salsın”.

Bu sözləri politoloq Zaur İbrahimli Köçəryan və Sarkisyan cütlüyünün yenidən aktivləşmə səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanda və Qarabağda Köçəryan və Sarkisyan cütlüyü yenidən aktivləşib. Bu nədən xəbər verir? Onların Rusiyanın işarəsi ilə aktivləşməsi şübhə doğurmur. Rusiya bu iki sabiq siyasətçini yenidən arenaya qartarmaqla hansı məqsədi güdə bilər və Rusiyanın yeni həmləsinin əsas hədəfi Paşinyandır, yoxsa Azərbaycan?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Hazırda Azərbaycan üçün əsas məsələ bütün mümkün vasitələrdən istifadə etməklə Qarabağ bölgəmizdə dövlət suverenliyin tam təmin edilməsinə nail olmaqdır”.

Hazırda Moska-İrəvan mübarizəsinin yeni mərhələyə qədəm qoyduğunu və rusların Qarabağ erməniləri ilə təsir etməyə çalışdığını bildirən politoloq Poliqona açıqlamasında vurğulayıb ki, oskva, ənənəvi olaraq çoxtərəfli oynayır:

“Rusiya yenidən Ermənistanda siyasi təsirini bərpa etmək və İrəvanın Qərb ölkələri ilə əməkdaşlığı dərinləşdirmək cəhdlərinə mane olmaq üçün fəallaşıb. Moskva, ənənəvi olaraq çoxtərəfli oynayır. Azərbaycanın ərazi bütövlüyü məsələsini ön plana çəksə və sözdə bunu qabartsa da, ölkəmizin suveren ərazisində qeyri-qanunu silahlı birləşmələrin dislokasiyasına göz yumurlar, hətta onların təchizatını həyata keçirirlər. Halbuki, 10 noyabr Bəyanatının şərtlərinə əsasən Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə paralel bu qeyri-qanuni silahlı birləşmələri bölgədən çıxarılmalıydı.

Rusiya Laçın sərhəd buraxılş məntəqəsi yaradılması ilə bağlı bəyan edir ki, bu Azərbaycanın hüququdur, digər tərəfdən Moskva Paşinyan iqtidarını dolayısyla günahlandırır ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Qarabağ ermənilərini pis vəziyyətdə qoyub. Öz növbəsində Paşinyan komandası çox çalışır ki, Rusiyanın Qarabağ ermənilərini müdafiə etməməsi ilə bağlı rəy yaradıb, Moskvanı gözdən salsın.

Zaur İbrahimli: “Bu cür şərait yaranması Azərbaycan üçün həm yeni çağırışlar, həm də imkanlar yaradır”.

Hazırda Moska-İrəvan mübarizəsi yeni mərhələyə qədəm qoyub və ruslar Qarabağ erməniləri ilə təsir etməyə çalışırlar. Hətta bu açıq səslənir, Xankəndindən mesajlar verilir. Güman etmək olar ki, Paşinyana qarşı Qarabağ kartındna istifadəe tməklə yeni etriazlar başladılacaq. Qərb ölkələri isə əksinə Paşinyanı qorumağa çalışırlar, dəstək verirlər.

Bu cür şərait yaranması Azərbaycan üçün həm yeni çağırışlar, həm də imkanlar yaradır. Hazırda Azərbaycan üçün əsas məsələ bütün mümkün vasitələrdən istifadə etməklə Qarabağ bölgəmizdə dövlət suverenliyin tam təmin edilməsinə nail olmaqdır. Azərbaycanın əsas müttəfiqi və tərəfdaşları bu məqsədə çatmaq yolunda müəyyənləşir”.

Nərminə UMUDLU Poliqon.info