“Vostok”un komandirindən etiraf: Ukrayna Rusiyanın müdafiə xəttini keçməyə başlayıb...

“Vostok” batalyonunun komandiri və qondarma “Donetsk Xalq Respublikası” üzrə Milli Qvardiyanın rəis müavini Aleksandr Xodakovski bildirib ki, Ukrayna hərbçiləri bir neçə gündür Rusiya mövqelərini kütləvi atəşə tutublar...

Poliqon xəbər verir ki, “Vostok”un komandirinin sözlərinə görə, minalanmış sahələr öz effektivliyini itirib və davamlı atəşlər istehkamçılara yeni minalar yerləşdirməyə, məhv olanları bərpa etməyə imkan vermir. Xodakovski bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin mövqelərinə yaxınlaşa bilib.

Xodakovski iddia edir ki, ukraynalılar faktiki olaraq itki verməyiblər: “Lakin sonradan artilleriyamızın reaksiyasından qorxaraq texnikanı geri çəkiblər”.

“Vostok” batalyonunun komandiri bildirib ki, Rusiya tərəfində atəş nəticəsində itkilər "gözləniləndən çox az olub": “İndi Novodonetskin kənarında şiddətli döyüş gedir. Eyni zamanda, düşmən oxşar taktikalardan istifadə edərək Novomayorskoyeyə keçməyə çalışır”.

Poliqon.info