Ukrayna “taxıl sazişi” üzrə Ruisyanın yeni təkliflərini rədd edib...

Ukrayna Xarici İşlər Nazirliyi “taxıl müqaviləsi” ilə bağlı Rusiyanın dünən Ərdoğana verdiyi paket təkifdən imtina edib...

Ukrayna taxıl müqaviləsinin bərpası məsələsində Rusiyaya güzəştə getməyəcək.

Poliqon xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya prezidenti ilə danışıqlardan sonra bildirib ki, Ukrayna “Rusiya ilə birgə addımlar atmaq üçün yanaşmasını yumşaltmalıdır”.

“Qara Dəniz Taxıl Təşəbbüsü bərpa edilməlidir. Ancaq bu təşəbbüs şantaj və Rusiyanın şıltaqlıqlarının yerinə yetirilməsi hesabına bərpa edilməməlidir. Çünki rusların müqavilədən çıxması üçün heç bir hüquqi və siyasi əsasları yox idi. Əgər siz indi onlara güzəşt etsəniz, onlar qayıdacaqlar, bir aydan sonra yenidən çıxıb yeni şərtlər irəli sürəcəklər”, - deyə Kuleba “Ukrayinska Pravda” nəşrinə bildirib.

Dünən Putin Ərdoğanla danışıqların yekunlarına əsasən bildirib ki, Rusiya taxıl sazişindən çıxmaq məcburiyyətində qalıb, Moskva bütün razılaşmaların həyata keçirilməsindən və sanksiyaların ləğvindən sonra onu “canlandırmağa” hazırdır. Rusiya liderinin sözlərinə görə, Qərb Qara dəniz təşəbbüsünün bərpası üçün Rusiyanın şərtlərinin yerinə yetirilməsinə mane olmaqda davam edir.

Poliqon.info