Azərbaycan polo millisi İspaniyaya qalib gəldi - Foto

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatının ilk qrup oyunları baş tutub...

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, heyətində kapitan Elçin Camallı, oyunçular Tərlan Qurbanəliyev, Joakin Kopello və Andres Ernesto Lorentonun yer aldığı Azərbaycan millisi ilk qrup oyununu turnirin favoritlərindən sayılan İspaniya yığmasına qarşı keçirib. Yığmamız 6:5 hesablı qələbə qazanaraq aktivinə 1 xal yazdırıb.

Millimizin çıxış etdiyi “A” zona qrupunun digər oyununda isə İtaliya millisi İsveçrə üzərində qələbə qazanıb.

İlk görüşlərdən sonra İtaliya və Azərbaycan yığmaları aktivlərində bir xalla qrupda ilk iki pillədə, İspaniya 3-cü, İsveçrə isə 4-cü yerdə qərarlaşıb.Təmsilçilərimiz qrupun ikinci matçını sabah son Avropa Çempionu İtaliyaya qarşı keçirəcəklər. Yığmamızın həlledici matça eyni heyətlə çıxması planlaşdırılıb.

Poliqon.info