Azərbaycan istehsalı olan minatəmizləmə maşını ANAMA-ya təqdim olunub

Azərbaycan istehsalı olan minatəmizləmə maşını ANAMA-ya təqdim olunub...

APA xəbər verir ki, sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna (QDF) “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.

Sentyabrın 4-də QDF tərəfindən həmin maşının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilməsinə həsr olunan təqdimat mərasimi keçirilib.

Mərasimdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, “İmprotex” Şirkətlər Qrupunun rəhbərliyi, QDF-in Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Fatma Yıldırım, Fondun tərəfdaşları və donorları, eləcə də media nümayəndələri iştirak ediblər.

“Revival P” minatəmizləmə maşınının sertifikatı ANAMA-nın İdarə Heyətinin sədrinə təqdim edilib. Daha sonra tədbir iştirakçıları “Revival P” minatəmizləmə maşını ilə tanış olublar.

Poliqon.info