Gürcüstan höküməti prezidentə qarşı impiçment proseduruna başlayıb…

Hakim “Gürcü arzusu” partiyası prezident Zurabişviliyə qarşı impiçment proseduruna başlayıb…

Poliqon xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” tele kanalı məlumat yayıb. Xəbərdə bildirilir ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası parlament çoxluğunun sentyabrın 4-də keçiriləcək iclasında dövlət başçısı Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlamaq üçün konstitusiya məhkəməsinə ərizə göndərmək üçün səslərin toplanmasına başlayıb.

Partiyanın lazımi 50 deputat səsini toplayacağı dəqiqləşib. Ölkə parlamentinin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, imzaların toplanması başa çatdıqdan sonra “Gürcü arzusu” konstitusiya məhkəməsinə müraciət edəcək.

“Məhkəmənin bir ay vaxtı olacaq ki, qanuni qərardad hazırlayıb parlamentə təqdim etsin. Konstitusiya Məhkəməsi hesab etsə ki, biz konstitusiya pozuntusu ilə üzləşmişik, parlamentdə səsvermə başlayacaq”, deyə Gürcüstan parlamentinin spikeri bildirib.

Papuaşvili qeyd edib ki, müxalifət impiçmenti dəstəkləmək niyyətində deyil. Parlament sədri əlavə edib ki, bununla belə, müxalifət nümayəndələri qərar qəbul etməli olacaqlar.

Poliqon.info