Əfqanıstan prezidentinin ölkədən qaçması Baydeni əsəbiləşdirib...

Co Bayden 2021-ci ildə Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl Əfqanıstan prezidenti Əşrəf Qaninin ölkədən qaçmasından məyus olub...

Poliqon xəbər verir ki, bu barədə Fox News nəşri jurnalist Franklin Foerin “Sonuncu siyasətçi” kitabının fraqmentinə istinadən yazır.

Materialda qeyd olunur ki, Co Bayden Qaninin qaçdığını biləndə məyus olub. Deyilir ki, məzuniyyətdə olan ABŞ rəhbəri “onu rahat buraxmağı” xahiş edib.

Fox News-un məlumatına görə, Qaninin qaçdığı vaxt dövlət katibi Entoni Blinken və prezidentin mətbuat katibi vəzifəsini icra edən Cen Psaki də məzuniyyətdə olublar. “Əfqanların göydən düşdüyü” kadrlara baxan Psaki işə qayıtmalı olduğunu anlayıb.

Materialda həmçinin qeyd olunur ki, Ağ Ev Əfqanıstanda baş verənləri medianın işıqlandırma tərzindən “inciyib”. Söhbət Bayden administrasiyasının Kabildəki vəziyyətə gecikmiş reaksiyaya görə tənqid edilməsindən gedir.

Foer Baydenin Yaxın Şərqdəki hadisələrin mediada işıqlandırılmasına reaksiyasını sitat gətirir: “Bizi öldürürlər”.

Poliqon.info