Ələt-Astara avtomobil yolunda xəsarət alan şəxslərin kimliyi məlum olub - Yenilənib

Ələt-Astara avtomobil yolunda xəsarət alan şəxslərin kimliyi məlum olub...

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində 1998-ci il təvəllüdlü Etibar Əliyev, 2016-ci il təvəllüdlü Sadiq Əsgərli, 2008-ci il təvəllüdlü Yusif Ağayev və 1983-cü il təvəllüdlü Mətanət Əsgərova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ələt-Astara avtomobil yolunda qəza olub, yaralananlar var.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yolun 105-ci km-də qeydə alınıb.

Belə ki, "Nissan" markalı minik avtomobili maneəyə çırpılıb.

Hadisə yerinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilləri cəlb olunub. Hazırda yaralanan 4 nəfər xəstəxanaya aparılır. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info