Eminlə Coni "İmagine Dragons"un konsertində - Video

Ötən gün Amerikanın dünyaca məşhur pop-rok qrupu "Imagine Dragons"un dünya turnesi çərçivəsində Bakı konserti reallaşıb.

Poliqon.info axşam.az-a istinadən bildirir ki, qrup Bakı Olimpiya Stadionunda keçirilən gecədə sevilən hitlərini səsləndirib.

Onları izləməyə gələnlər arasında Xalq artisti Emin Ağalarov və Rusiyada məşhurlaşan azərbaycanlı ifaçı Coni (Cahid Hüseynli) də olub.

Sənətçilər konsertdən görüntüləri sosial şəbəkədə paylaşıblar.

Poliqon.info