“Nottingem Forest” “Çelsi”nin hücumçusunu heyətinə qatıb

İngiltərəli hücumçu Kallum Hadson-Odoi “Çelsi”dən “Nottingem Forest”ə keçib...

“Report” xəbər verir ki, bu barədə “meşəçilər”in rəsmi saytında bildirilib.

22 yaşlı futbolçu yeni klubu ilə üçillik müqavilə imzalayıb. O, 14 nömrə altında çıxış edəcək.

Hadson-Odoi “zadəganlar”ın heyətində 126 matça çıxıb, 16 qol vurub. London klubu ilə Çempionlar Liqası və Avropa Liqasının qalibi olub. O, ötən mövsümü icarə əsasında Almaniyanın “Bayer Leverkuzen” komandasında keçirib.

İtaliyalı insayder Fabritsio Romanonun eksdə bildirdiyinə görə, klublar arasında razılaşmanın qiyməti 3 milyon funt sterlinq olub. Bu rəqəm gələcəkdə bonuslar da daxil olmaqla 5 milyon funt sterlinqə qədər yüksələ biləcək.

Poliqon.info