Ayrıseçkilik: Diplomatların Xankəndi-Ağdam səfərində Qərb ölkələrinin diplomatları niyə iştirak etmədi?..

Ermənistanın dəvəti ilə Laçın Sərhəd Buraxılış Məntəqəsinin yaxınlığına gələrək şəkil çəkdirmək üçün Qərb ölkələrin diplomatları Həkəri çayı üzərində sıraya düzülmüşdülər...

Politoloq: “Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri Ağdama səfəri indiki məqamda çox vacib idi”.

“Diplomatların bu səfərində Qərb dövlətlərinin səfirliklərinin demək olar ki, iştirak etməməsi heç nəyi dəyişmir”.

Bu sözləri politoloq Turan Rzayev Azərbaycan diplomatlarının Ağdam-Xankəndi yoluna səfəri zamanı Qərb dövlətlərinin səfirliklərinin iştirak etməməsini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin və hərbi attaşelərinin Ağdama tanışlıq səfəri başlayıb. Onlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar. Diqqət çəkən məsələlərdən biri də o oldu ki, diplomatların bu səfərində Qərb dövlətlərinin səfirlikləri demək olar ki, iştirak etmirdilər. Halbuki, Ermənistanın dəvəti ilə Laçın Sərhəd Buraxılış Məntəqəsinin yaxınlığına gələrək şəkil çəkdirmək üçün Qərb ölkələrin diplomatları Həkəri çayının üzərində sıraya düzülmüşdülər və əslində onlar bununla Ermənistanın ölkəmizə qarşı həyata keçirdikləri təxribatın birbaşa iştirakçıları idilər.

Qərb ölkələrinin bu davranışlarını necə dəyərləndirmək olar? Burda xristian təəssübkeşliyi hansı səviyyədə rol oynayır?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Qərb ölkələrinin bu cür davranışlarına artıq biz öyrəşmişik”.

Azərbaycanın beynəxlaq hüququn norma və prinsiplərinə riayət etdiyini qeyd edən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, bu da bizi haqlı edir. Yəni, hər hansı təzyiq olsa belə, bunun bir əhəmiyyəti yoxdur:

“Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri Ağdama səfəri indiki məqamda çox vacib idi. Xüsusi ilə ermənilərin yalan dezinfomasyalarını yayamağa çalışdığı propoqandanı aktivləışdirdikləri bir vaxtda bu addım onlara cavab mahiyyəti daşıyır.

Təsadüfi deyil ki, onlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar. Bu bir daha erməni tərəfinin Xankəndidə aclıq var, Azərbaycan soyqrım edir kimi fikirlərin yalnış və əsasız olduğunu sübut edir.

Turan Rzayev: “Bizim üçün xüsusi əhəmiyyətli olan ölkələrin əksəriyyəti bu səfərdə iştirak edib”.

50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs səfərdə iştirak edib. Diplomatların bu səfərində Qərb dövlətlərinin səfirliklərinin demək olar ki, iştirak etməməsi heç nəyi dəyişmir. Əvvəla onu deyim ki, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Ukrayna nümayəndələri bu səfərdə iştirak edib. Bizim üçün xüsusi əhəmiyyətli olan ölkələrin əksəriyyəti bu səfərdə iştirak edib.

O ki qaldı, Qərb ölkələrinin bu cür davranışlarına artıq biz öyrəşmişik. Xristian təəssübkeşliyi, ayrı seçkilik hər zaman bizə qarşı olub, bu gündə var. Bundan sonrada olacaq. Azərbaycan beynəxlaq hüququn norma və prinsiplərinə riayət edir. Bu da bizi haqlı edir. Yəni, hər hansı təziq olsa belə, bunun bir əhəmiyyəti yoxdur”.

Nərminə UMUDLU Poliqon.info