Gürcü deputat: Bu, Putinə hədiyyə, Gürcüstana xəyanət olacaq

Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti Kreml üçün “hədiyyə” olacaq...

Poliqon xəbər verir ki, bunu Gürcüstan parlamentinin müxalifətçi deputatı Paata Mancqaladze deyib.

Onun sözlərinə görə, ölkənin qanunverici orqanında bu təşəbbüsü dəstəkləyənlərin hamısı Rusiyanın xeyrinə Gürcüstana xəyanətə imza atacaq:

“Bunu imzalamaq Gürcüstanın maraqlarına xəyanət etmək deməkdir. Hesab edək ki, Gürcüstan parlamentində Avropa kursunu dəstəklədiyinə görə prezidentə cavab verməyə hazır olan nə qədər satqın var. Bu, hüquqi məsələ deyil. Avropa kursuna görə prezidentin impiçmenti Rusiya prezidenti Vladimir Putinə daha bir hədiyyə vermək deməkdir.

Qeyd edək ki, hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyası sentyabrın 1-də Zurabişviliyə qarşı impiçment prosesinin başlandığını elan edib. Onlar bu qərarı dövlətin əsas qanununun prezident tərəıfindən pozulması ilə əlaqələndiriblər. “Gürcü Arzusu”na görə, Zurabişvilinin hökumətin icazəsi olmadan Avropa turnesi belə hesab edilməlidir. Eyni zamanda parlamentdə impiçmentin həyata keçirilməsi üçün təkcə hakim partiyanın deyil, müxalifətin də səsi tələb olunacaq.

Poliqon.info