Devrilmiş Niger prezidenti və ailəsi malyariyaya yoluxub

Çevriliş nəticəsində devrilən Niger prezidenti Məhəmməd Bazum ailə üzvləri ilə birlikdə malyariyaya yoluxub...

Poliqon xəbər verir ki, bu barədə Afrika dövlətinin xarici işlər naziri Hassumi Məsud bildirib.

"El Pais"ə müsahibəsində o qeyd edib ki, üsyançılar hələ də ölkə liderini evində həbsdə saxlayırlar: “Onların elektrik enerjisi, yemək saxlamaq üçün soyuducu yoxdur və hazırda olduqca istidir. İndi Nigerdə ​​40 dərəcədən yuxarı tempratur var. Çoxlu ağcaqanad var və onlar yatmaqda çətinlik çəkirlər. Hamısı ağcaqanadlardan malyariyaya yoluxub".

O əlavə edib ki, Nigerin devrilmiş prezidenti ağır vəziyyətdədir, lakin nikbinliyini itirmir. Məsud vurğulayıb ki, Bazum hərbçilərə "mübarizə və müqavimət göstərməkdə" davam edir.

Poliqon.info