Ukraynanın Avropa İttifaqına sürətlə daxil olması üçün şərt açıqlandı

Əgər blok daxilində maksimum siyasi təzyiq artarsa, Ukrayna və Moldovanın Avropa İttifaqına qoşulması prosesi sürətləndirilə bilər...

Poliqon xəbər verir ki, bu barədə The Guardian qəzeti mənbələrə istinadən məlumat yayıb.

Yüksək səviyyəli avropalı diplomat nəşrə bildirib ki, Ukrayna və Moldova üzvlük üçün ən çox ehtimal olunan namizədlərdir. Onun sözlərinə görə, bu prosesi sürətləndirmək üçün blok daxilində ciddi “səs-küy” başlamalıdır.

“Maksimum siyasi təzyiq olmayana qədər heç nə olmayacaq”, deyə Avropa Komissiyasının mənbəsi bildirib.

Avqustun 29-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba fransalı həmkarı Ketrin Kolonna ilə Parisdə birgə mətbuat konfransı zamanı bildirib ki, Ukrayna ilin sonuna qədər Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq istəyir.

Ötən gün məlumat yayılıb Avropa İttifaqı daxilində Ukraynaya yardım məsələsində fikir ayrılıqları yaranıb.

Poliqon.info