Cənubi Afrikada yanğında 56 nəfər ölüb, 43 nəfər zərər görüb...

Cənubi Afrikanın ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada yanğın baş verib...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyinin məlumayında bildirilir. Fövqəladə Hallar Xidmətinin sözçüsü Robert Mulaudzi bildirib ki, yanğında ən azı 56 nəfər ölüb, 43 nəfər yaralanıb.

Qurum nümayəndəsinin sözlərinə görə, yanğın evsizlərin yaşadığı “qeyri-rəsmi qəsəbə”də baş verib. Bu, axtarış əməliyyatını çətinləşdirir. AP xəbər verir ki, şahidlərin sözlərinə görə, binada 200-ə yaxın insan yaşaya bilər.

“Sağ qalanlar yüngül xəsarətlər alıblar. Yanmış binada hələ də insanlar ola bilər”, deyə Mulaudzi qeyd edib. Ölənlər arasında ən azı bir uşaq da var.

Poliqon.info