Ukrayna bir neçə həftəyə Rusiyanın müdafiə xəttini yara bilər...

Bəzi Pentaqon rəsmiləri Ukraynanın hazırkı döyüş planına tənqidi yanaşır. Lakin bu heç də belə deyil...

Poliqon xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodces Newsweek nəşrinə deyib. General bildirib ki, Ukrayna qoşunlarının bütün 1500 km-lik cəbhə xəttini minalardan təmizləməsinə ehtiyac yoxdur, sadəcə olaraq iki, üç və ya dörd yerdən cəbhə xəttini keçmək yetərlidir.

“Müdafiə xarakterli minalanmış sahələrə və istehkamlara doğru irəliləyərkən Rusiyanın hərbi imkanlarını zəiflətməyə yönəlmiş hücumun yavaş tempi düzgün addım ola bilər”, deyə Ben Hodces əlavə edib və səbirli olmağa çağırıb. General qeyd edib ki, Ukrayna bir neçə həftəyə Rusiyanın müdafiə xəttini yara bilər.

“Ukraynalılar indiyə qədər gördüyüm ən yaxşı hərbiçilərdir. Buna bizimkilər də daxildir. Onlar məlumatları da bizdən yaxşı qoruyurlar”, deyə keçmiş komandan bildirib.

Genral vurğulayıb ki, kənar çəxslərin konkret olaraq nə baş verdiyini, kimin nə ilə məşğul olduğunu, müxtəlif idarələrdə işin necə olduğunu bilməyə haqqı yoxdur, bununla bağlı cari dəqiq məlumat da yoxdur və bu belə nəzərdə tutulub.

Bəzi Pentaqon rəsmiləri Ukraynanın hazırkı döyüş planına tənqidi yanaşır. Onlara görə Kiyev cəbhənin bir neçə sektorunda yerli hücumlar həyata keçirmək üçün qüvvələrini dağıdıb. Ukraynanın əks-hücum əməliyyatının son məqsədi Krımı Rusiyanın qərb hissəsi ilə birləşdirən işğal olunmuş ərazinin “quru dəhliz” adlanan hissəsini ələ keçirməkdir. Əməliyyatın ləng getməsi bunun payızdan əvvəl həyata keçirilməyəcəyi ilə bağlı qorxuları artırır.

ABŞ rəsmiləri əvvəllər Kiyevi uğur şansını artırmaq üçün əsgər və texnikanı bir yerdə cəmləşdirməyə çağırıblar. Hodges bu cür təklifləri “çərənləmə” adlandırıb.

Poliqon.info