Şimali Koreya Yapon dənizi istaqmətinə iki ballistik raket atıb

Şimali Koreya Pxenyan yaxınlığındakı Sunan bölgəsindən Yapon dənizinə doğru iki qısamənzilli ballistik raket atıb...

APA xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Hərbçilər hesab edir ki, mərmilər təxminən 360 km uçub və Yapon dənizinə düşüb.

Xatırladaq ki, Cənubi Koreya, ABŞ və Yaponiya ötən həftə Şimali Koreyanın kosmik raket buraxmasına cavab olaraq beynəlxalq sularda üçtərəfli raketdən müdafiə təlimləri keçirib.

Poliqon.info