“Qarabağ” - “Sabah” oyununun vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb...

Peşəkar Futbol Liqasından verilən məlumata görə, görüşlər 15-17 sentyabr tarixlərini əhatə edəcək.

Açılış matçı sentyabrın 15-də mövsümə uğurlu başlayan “Zirə” ilə “Sumqayıt” arasında olacaq.

Tura sentyabrın 17-də “Azərsun Arena”da baş tutacaq “Qarabağ” - “Sabah” qarşılaşması ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

VI tur

15 sentyabr (cümə)

17:00. “Zirə” - “Sumqayıt”

Zirə İdman Kompleksinin stadionu

16 sentyabr (şənbə)16:00. “Kəpəz” - “Səbail”

Gəncə şəhər stadionu

18:00. “Araz-Naxçıvan” - “Neftçi”

“Dalğa Arena”

17 sentyabr (bazar)

16:30. “Turan Tovuz” - “Qəbələ”

Tovuz şəhər stadionu

19:30. “Qarabağ” - “Sabah”

“Azərsun Arena”

Poliqon.info