Azərbaycan ordusu Türkiyə modelinə uyğunlaşdırılır - Rusiya silahları necə olacaq?..

Metin Gürakın Bakı səfərində Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması müzakirə olunub...

Hərbi-ekspert: “Gələcəkdə Azərbaycan ordusu Türkiyə ordusu necədirsə, elə də olacaq. Yəni, ştat strukturuna görə Türkiyə ordusu necədirsə, Azərbaycan ordusu da onun birə-biri olacaq”.

“Sovet dövründən bizə miras qalan hərbi texniki park var. Bəzi qurumlarda ştat strukturuna görə bölmələrimiz nə qədər yenilənsə də, hərbi texniki parkı bir ayda, bir ildə dəyişdirmək mümkün deyil”.

Bu sözləri hərbi-ekspert Elxan Şıxalıyev Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılmasını Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakın Bakı səfərində Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması müzakirə olunub. Bu olduqca mühüm və ciddi qərardır. Bir çox ekspert belə düşünür ki, bununla Azərbaycan ordusu Rusiya təsirindən tam çıxarılacaq.

Əgər bu baş tutarsa, Azərbaycan ordusu hansı üstünlükləri qazanacaq? Rusiyanın buna mövqeyi necə olacaq?

Azərbaycan və Türkiyə ordusunu Poliqon-un əməkdaşı hərbi-ekspert Elxan Şıxalıyev ilə müzakirə edib.

Elxan Şıxalıyev: “Hərbi texnika parkın Türkiyədəki kimi sırf NATO modelinə uyğunlaşdırılması tez bir zamanda baş verə biləcək proses deyil”.

Silahlı Qüvvələrimizin yeni mərhələyə keçidinin tamamlanması üzərinə Metin Gürakın Bakı səfərini çox faydalı olduğunu nəzərə çatdıran ekspert Poliqon-a bildirib ki, gələcəkdə də, yeni yol xəritəsi üzərində həm sərhədlərimizin təhlükəsizliyinin təmin olması, həm də müzakirə doktirini, təhlükəsizlik konsepsiyasının qorunması üzərinə Türkiyə Silahlı Qüvvələri ilə bu kimi görüşlər, müzakirələr böyük rol oynayacaq:

““Şuşa bəyannaməsi”ndəki sonrakı siyasi qərara əsasən Azərbaycan ordusu Türkiyə modelinə keçməlidir üzərindən Silahlı Qüvvələrimizin reorqanizasiyası həyata keçirilir. Əslində bu uyğunlaşmanın, keçidin 85 faizi tamamlanıb. Xüsusən də, ştat strukturuna görə hərbi təhsil sistemi yeni hərbi hissələrin yaranmasıdır. Yəni, ordumuz Türkiyə ordusunun modelinə uyğunlaşdırılmalıdır.

Gələcəkdə Azərbaycan ordusu Türkiyə ordusu necədirsə, elə də olacaq. Yəni, ştat strukturuna görə Türkiyə ordusu necədirsə, Azərbaycan ordusu da onun birə-biri olacaq.

Amma Rusiya məsələsinə gəlincə deyə bilərəm ki, Sovet dövründən bizə miras qalan hərbi texniki park var. Bəzi qurumlarda ştat strukturuna görə bölmələrimiz nə qədər yenilənsə də, hərbi texniki parkı bir ayda, bir ildə dəyişdirmək mümkün deyil. Bu mərhələli şəkildə həyata keçirilməlidir ki, əgər dəyişdiriləcəksə, yeri də haradansa təmin olunmalıdır. Dediyim hərbi texnika parkın Türkiyədəki kimi sırf NATO modelinə uyğunlaşdırılması tez bir zamanda baş verə biləcək proses deyil.

Elxan Şıxalıyev: “Silahlı Qüvvələrimizin yeni mərhələyə keçidinin tamamlanması üzərinə Metin Gürakın Bakı səfər çox faydalı səfər oldu”.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakın Bakı səfərində əsas məqsədlərdən biri, Azərbaycan ordusunun Türkiyə ilə gələcək hərbi, hərbi texniki və hərbi təhsil sahəsində əməkdaşlığında yeni yol xəritəsinin müəyyənləşməsi idi bağlı idi. Xüsusilə də, Şuşa bəyannaməsindən sonra Azərbaycan Silahlı Qüvvələri Türkiyə ilə vahid Hava Məkanına Nəzarət Mərkəzi yaratdı. Bu mərkəzin də açılışı həyata keçirildi. Hava məkanımız artıq Türkiyə ilə eyniləşdirildi. Yəni Türkiyənin hava məkanına daxil olan hər hansı təhlükə və təhdid yaradan hava vasitəsilə eyni ilə Azərbaycan tərəfinin məkanına girmiş kimi qəbul edilir. Eynisi ilə də tərsi, Azərbaycanda olacaqsa, Türkiyə buna cavab verəcək.

Hər iki ölkə bölgədə geosiyasi olaraq Azərbaycana, yaxud Türkiyəyə qarşı yarana biləcək yeni təhdid və təhlükələrə qarşı mübarizələri də müzakirə edir. Düşünürəm ki, Silahlı Qüvvələrimizin yeni mərhələyə keçidinin tamamlanması üzərinə Metin Gürakın Bakı səfər çox faydalı səfər oldu. Gələcəkdə də, yeni yol xəritəsi üzərində həm sərhədlərimizin təhlükəsizliyinin təmin olması, həm də müdafiə doktirini, təhlükəsizlik konsepsiyasının qorunması üzərinə Türkiyə Silahlı Qüvvələri ilə bu kimi görüşlər, müzakirələr böyük rol oynayacaq”.

Nərminə UMUDLU Poliqon.info