Aİ-nin bir sıra ölkələri Türkiyənin təşəbbüsünü dəstəkləyib...

Bir sıra Avropa İttifaqı ölkələri Türkiyə və BMT-nin Rusiya ilə “taxıl sazişi”nin bərpasına dair danışıqlarda səylərini dəstəklədiklərini bildiriblər...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi danışıqlarda iştirak edən mənbəyə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, Qərbdən Qara dəniz taxıl təşəbbüsünün dayandırılmasının qiymətlərin bahalaşmasına səbəb olacağına dair siqnallar var.

“Bildiyiniz kimi, təşəbbüsümüzü bərpa etmək üçün bütün tərəflərlə əlaqələri davam etdiririk. Biz səylərimizə dəstəyi, o cümlədən Qərb tərəfdaşları ilə təmaslarda görürük. Bir sıra Aİ ölkələri BMT ilə səylərimizi açıq şəkildə dəstəklədiyini bildiriblər. Bəzi Qərb ölkələrindən təşəbbüsün dayandırılmasının qiymətlərin bahalaşmasına səbəb olacağına dair narahatlıq siqnallar var. Danışıqlar davam edir, BMT də səy göstərir”, deyə mənbə bildirib.

Eyni zamanda mənbə danışıqlar prosesini dəstəkləyən Aİ ölkələrinin adını çəkməkdən imtina edib:

“İndiki çətin məqamda danışıqlar prosesinin təfərrüatlarını açıqlamaq düzgün deyil”, deyə mənbə vurğulayıb.

Poliqon.info