Belarus DTK analitik Porotnikovu Polşa kəşfiyyatına işləməkdə ittiham edir...

“Belarus Security Blog” analitik portalının rəhbəri Andrey Porotnikov Belarus Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən tərəfindən dövlətə xəyanətdə ittiham olunub...

Poliqon xəbər verir ki, o, məxfi məlumatları Polşa kəşfiyyatına ötürməkdə günahlandırılır. Bu barədə Belarus DTK-nın İstintaq İdarəsinin rəis müavini Konstantin Bıçek məlumat verib.

“Porotnikova məqsədyönlü şəkildə Polşa kəşfiyyatının nümayəndəsinə əməkdaşlıq etməyə razılıq verib”, deyə DTK nümayəndəsi ONT telekanalının efirində bildirib.

Belarus DTK-nın məlumatına görə, Porotnikov "bir neçə il ərzində" pul müqabilində Polşaya “qapalı xarakterli, o cümlədən sosial, siyasi, iqtisadi və hərbi sahədə” məlumat ötürüb. Onu 15 ilə qədər həbs gözləyir.

“Belarus Security Blog” Belarusda təhlükəsizlik məsələlərinə həsr olunmuş portaldır. Portalın saytında bildirilir ki, o, “hərbi, ictimai təhlükəsizlik və mülki müdafiə, humanitar təhlükəsizlik” məsələlərinə həsr olunub.

Andrey Porotnikovun saxlanılması barədə hələ mart ayında mətbuatda məlumat yayılmışdı. Daha sonra analitikin tanışı “Naşa Niva”ya deyib ki, o, Moskvada saxlanılıb və Minskə göndərilib. Andrey Porotnikov əvvəllər Belarus Daxili İşlər Nazirliyində işləyib. İşdən çıxarıldıqdan sonra təhlükəsizlik və hüquq-mühafizə orqanları mövzusunda müstəqil analitik olub.

Poliqon.info