Giləzi-Xızı yolunda sel sularının yaratdığı problem aradan qaldırılıb

Ötən gecə leysan xarakterli yağışlar nəticəsində respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə sel suları özü ilə bərabər qum, palçıq və daşlar gətirərək avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb...

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.Bildirilir ki, gecə saatlarında yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Poliqon.info