Tramp həbs olunmayacağını güman edir...

ABŞ-ın eks-prezidentinin sözlərinə görə, o, “pis insanlara” görə mühakimə olunur...

ABŞ-ın keçmiş lideri Donald Tramp dörd cinayət işi üzrə ittiham olunsa da, həbsxanaya düşməyəcəyinə əmin olduğunu bildirib.

Poliqon xəbər verir ki, sabiq prezident bu barədə radio aparıcısı Qlenn Beklə söhbəti zamanı bildirib.

Tramp jurnalistin dəmir barmaqlıqlar arxasında qalma ehtimalı ilə bağlı sualını cavablandırarkən, “heç vaxt bunun baş verəcəyini düşünmürəm”, cavabını verib.

Eks-prezident ona qarşı qaldırılan işlərin hər birini dələduzluq adlandırıb. Onun sözlərinə görə, onu “pis adamlar” təqib edir. Tramp əlavə edib ki, hər şeyə baxmayaraq, onun tərəfdarlarının sayı indi heç vaxt olmadığı qədər çoxdur.

Siyasətçi bundan əvvəl də həbsini ədalətin parodiyası adlandırıb və dəfələrlə “o heç bir səhv etməyib” deyib.

Qeyd edək ki, ABŞ-ın eks-prezidentinə qarşı ümumilikdə 91 ittiham irəli sürülüb. 2020-ci ildə keçiriləcək seçkilərə müdaxilədə ittiham olunduğu Corciya ştatında açılan işdə siyasətçini 20 ilə qədər həbs cəzası gözləyir.

ABŞ prezidentini 2024-cü ilin noyabrında seçəcək. Respublikaçılar Partiyasının namizədliyi uğrunda keçmiş prezident Donald Tramp, Florida ştatının qubernatoru Ron DeSantis, keçmiş vitse-prezident Mayk Pens, biznesmen Vivek Ramasvami və başqaları mübarizə aparır. ABŞ-ın hazırkı lideri Co Bayden Demokratlar Partiyasından prezidentliyə namizəd olacaq.

Poliqon.info