Kiyevə raket hücumu olub, ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə raket hücumunda havada zərərsizləşdirilən mərmi qalıqlarının düşməsi nəticəsində 2 nəfər ölüb...

“Report” xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası teleqramda məlumat yayıb.

“Təəssüf ki, Kiyevin Şevçenko rayonunda dağıntıların müəssisənin ərazisinə düşməsi nəticəsində, ilkin məlumata görə, 2 nəfər həlak olub. Daha bir nəfər xəsarət alıb. Ona tibbi yardım göstərilir”, - KŞHA-nın rəisi Serhiy Popko bildirib.

Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Poliqon.info