Şimşək çaxıb, leysan yağıb - Faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 29-u saat 16:00-a olan məlumatına əsasən Maştağa, Binə, İsmayıllı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Oğuz, Xaltan, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, leysan xarakterli yağış yağıb...

Milli Hidrometeorologiya Xidmətindən Poliqon-a verilən xəbərə görə, avqustun 29-da 14:20-dən 14:50-dək yağan leysan yağışla əlaqədar yağış suları yamaclarla axaraq Goranboy rayonunun Aşağı Ağcakənd və Böylü qəsəbələrinə daxil olmuş və nəticədə Gorançayın aşağı axınında sel əmələ gəlmişdir.

Poliqon.info