Taksi sürücüsü sərnişinin 500 manatını və telefonunu əlindən alıb

Gəncədə taksidə soyğunçuluq edilib...

Poliqon DİN-ə istinadən xəbər verir ki, avqustun 28-də saat 12 radələrində Gəncə şəhəri ərazisində taksi sürücüsünün sərnişini olan qadının 500 manat pulunu və mobil telefonunu açıq talama yolu ilə alması barədə polisə məlumat daxil olub.

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini Yasin Əhmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.

Poliqon.info