Göyçay RİH: Ərazidə hazırda sanitar epidemioloji vəziyyətlə bağlı təhlükə yoxdur

Xəbər verdiyimiz kimi, avqustun 26-da Göyçaya gələn sel rayonun Qarabaqqal kəndi ərazisindəki zibil poliqonunu yuyaraq zibil kütləsini kənd istiqamətində aparmışdı...

Göyçay rayon İcra Hakimiyyətindən Pravda.az-a verilən xəbərə görə, yağan leysan xarakterli yağışlar nəticəsində gələn sel suları həmin əraziyə dolaraq tullantılar əraziyə yayıb.

Bildirilib ki, məişət tullantılarının yayılmış ərazidən təmizlənməsi üçün Şəhər Təsərrüfatı Birliyi tərəfindən xüsusi texnika vasitəsilə müvafiq tədbirlər aparılır.

Qeyd olunub ki, ərazidə hazırda sanitar epidemioloji vəziyyətlə bağlı təhlükə yoxdur, mövcud vəziyyət nəzarətdə saxlanılır.

Poliqon.info