Putin Hindistana getməyəcək, Lavrovu göndərəcək

Rusiya prezidenti Vladimir Putin sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək G20 sammitində şəxsən iştirak etməyəcək, əvəzində xarici işlər naziri Sergey Lavrovun səfərə yollanacaq...

Poliqon xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

"Rusiya prezidenti Vladimir Putin gələn ay Hindistanda keçiriləcək G20 sammitini buraxacaq və öz yerinə xarici işlər nazirini göndərəcək", deyə Hindistanın baş naziri Narendra Modinin ofisindən bildirilib.

Modinin ofisi bildirib ki, Hindistanın baş naziri Putinlə telefonla danışıb, Lavrovun da qatılacağı 9-10 sentyabr sammitində iştirak etməmək qərarını "anladığını bildirib”.

Qeyd edildiyi kimi, Yeni Dehli və Moskva soyuq müharibədən bəri əlaqələrə malikdir və Rusiya bu gün Hindistana ən böyük silah tədarükçüsü olaraq qalır.

Hindistan ABŞ-la təhlükəsizlik əlaqələrini genişləndirməyə çalışsa da, Moskvanı Ukraynaya təcavüzünə görə birbaşa qınamaqdan çəkinir.

Poliqon.info