Dörd rayonun qaz təchizatında fasilə yaranacaq

Dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq...

Bu barədə Poliqona “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, avqustun 29-u saat 09:00-dan “Ağsu” ölçü qovşağından qidalanan qaz xətlərində təmir-bərpa işlərinin həyata keçirilməsi, saat 10:00-dan “Qəbələ” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərlərinin və “Qarasu Əhali” ölçü qovşağından qidalanan “Qarasu-Abdulabad” yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ağsu, Qəbələ, Hacıqabul və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Poliqon.info