Aİ genişlənir: Şarl Mişel müzakirələr başlatdı...

Avropa İttifaqı 2030-cu ilə qədər yeni üzvləri qəbul etməyə hazır olmalıdır...

Poliqon Financial Times nəşrinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin deyib.

Bununla Aİ rəsmisi ilin qalan hissəsi üçün Aİ daxilində yüksək səviyyəli müzakirələrdə üstünlük təşkil edəcək genişlənmə ilə bağlı ekzistensial debat başladıb...

Aİ prezidentinin sözlərinə görə, konkret tarixlər barədə danışmaq olmaz, çünki bu, etimad məsələsidir. İndi blok növbəti strateji gündəliyi hazırlayır:

"Siz aydın bir məqsəd qoymalısınız. Biz genişlənməni həm Aİ, həm də onun gələcək üzv dövlətləri üçün əsas vəzifələrimizdən biri hesab etməliyik", deyə Mişel Bleddə (Sloveniya) keçirilən strateji forumda bildirib.

Nəşrin materialı göstərir ki, qarşıdakı dörd ay ərzində Aİ-nin genişlənməsi ilə bağlı çoxlu müsakirələr olacaq. Aİ liderləri İspaniyanın Qranada şəhərində mövzu ilə bağlı ilk xüsusi müzakirələrini keçirəcəklər. Bütün namizədlərə maliyyə dəstəyinin necə təmin ediləcəyi məsələsi Aİ büdcəsinin doldurulması ilə bağlı davam edən paralel debatların mərkəzindədir. Eyni zamanda, bir çox üzv dövlətlər Aİ-nin tarixin ən kasıb namizəd ölkəsi olan Ukraynanı üzvlüyünə necə qəbul edə biləcəyi ilə maraqlanır.

"Bu, iddialı, lakin zəruridir. Bu, bizim ciddi olduğumuzu göstərir. Fürsətlər pəncərəsi açıqdır", deyə Mişel əlavə edib.

Poliqon.info