İmran Xanın adam öldürməyə cəhd ittihamına xitam verilib...

Pakistanın ən yüksək məhkəməsi keçmiş Baş nazir İmran Xana qarşı adam öldürməyə cəhd ittihamını ləğv etmək qərarına gəlib...

Poliqon xəbər verir ki. bu barədə onun vəkili Naeem Panyuta X (keçmiş Twitter) sosial şəbəkəsində bildirib. Həmçinin bu gün məhkəmə Xanın dələduzluq ittihamı ilə üç il həbs cəzası aldığı hökmün ləğvi üçün müraciətinə baxacaq.

Qeyd edək ki, İmran Xan 2018-ci ildə Pakistanın Baş naziri vəzifəsinə keçib. 2022-ci ilin aprelində ona qarşı etimadsızlıq səsverməsindən sonra vəzifədən uzaqlaşdırılıb. Oktyabr ayında İmran Xan seçkilərdən kənarlaşdırılıb və 5 il müddətinə dövlət vəzifəsində çalışmaq hüququndan məhrum edilib.

Keçmiş Baş nazir iyun ayında vəkil Rəzzək Şarı öldürməyə cəhddə ittiham olunub. Ümumilikdə, hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra siyasətçiyə qarşı 150-dən çox məhkəmə işi açılıb. Xan korrupsiyada və tərəfdarlarının ölkə boyu dövlət idarələrinə və hərbi obyektlərə hücum etdiyi kütləvi etirazlarla bağlı terrorizm və fitnəkarlıqda ittiham olunur.

Poliqon.info