Britaniyada miqrantlara GPS bilərziklər taxacaqlar...

Böyük Britaniyada GPS bilərzikləri hər bir qeyri-qanuni miqrantlara taxılması nəzərdə tutulur...

Poliqon xəbər verir ki, bu barədə The Times qəzeti məlumat yayıb. Qəzetinin yazdığına görə, Krallığın hakimiyyət orqanları artıq qanunsuz miqrantlara GPS qolbaqlarının verilməsi ideyası üzərində işləyirlər. Bu cür tədbirlər miqrantların saxlanması üçün pula qənaət etməyə kömək edə bilər.

Nəşr yazır ki. hazırda Böyük Britaniyada sığınacaq üçün müraciət etmiş 175 mindən çox miqrant var. Qanuna görə, müraciətlərə baxılan müddətdə qaçqınlar xüsusi mərkəzlərdə yerləşdirilməlidir. Böyük Britaniyada isə bu strukturlar kifayət etmir.

Xəzinədən miqrantların xüsusi mərkəzlərdə saxlanmasına ildə təxminən 5 milyard dollar xərclənir. Buna görə də hökumətin qərarını gözləyən insanları yerləşdirməyə alternativ GPS qolbaqları ola bilər.

Keçən ilin avqustunda Böyük Britaniya 2019-cu ildə miqrasiya axınının başlanmasından bəri rekord sayda aylıq sərhəd pozuntusu qeydə alıb. 20 minə yaxın insan ölkəyə qeyri-qanuni yollarla daxil olub.

Britaniyanın Baş naziri Rişi Sunak dəfələrlə bəyan edib ki, miqrant probleminin həlli onun əsas prioritetlərindən biridir. Lakin 2023-cü ilin avqustunda siyasətçi ən azı 2025-ci ilə qədər bu problemi həll edə biləcəyinə zəmanət verməkdən imtina edib.

Poliqon.info