Nigerdə Fransa səfirliyinin elektrik və suyunu kəsiblər...

Fransanın Nigerdəki səfiri üçün ultimatumun müddəti başa çatıb, lakin diplomat və səfirlik işçiləri hələ də ölkədədir...

Poliqon xəbər verir ki, buna cavab olaraq Nigerdə çevriliş edən hərbiçilər Fransanın Niameydəki səfirliyinin elektrik və su təchizatını kəsiblər.

Həmçinin bildirilir ki, Niger üsyanlarının lideri Abdurrahman Tchiani də oraya ərzaq çatdırılmasının qarşısını almağı əmr edib.

Daha əvvəl ECOWAS-ın Siyasi Komissarı Əbdül-Fətav Musah Al Jazeera telekanalına deyib ki, təşkilat hərbi xuntadan konsruktiv addımlar gözləmir:

“Biz Nigerin hərbi xuntasından heç bir konkret addım görmədik, sonsuza qədər gözləməyəcəyik”, ECOWAS-ın Siyasi Komissarı deyib.

Poliqon.info