Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Səbail rayonunda taxta konstruksiyadan ibarət üçmərtəbəli kommunal tipli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin dəhlizində quraşdırılan 1 ədəd elektrik lövhəsi, 3 p.m elektrik kabeli və binanın dam örtüyünün taxta atmaları 7 m² sahədə yanıb...

Fövqəladə Hallar Nazirliyindən Poliqon-a verilən xəbərə görə, mənzilin və binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Poliqon.info