MİT-dən xüsusi əməliyyat: “Doğan” kod adlı terrorçu məhv edildi

Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı PKK terror qruplaşmasına qarşı növbəti əməliyyatı keçirib

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, MİT PKK/KCK terror qruplaşmasının İraq-Suriya üzrə çatdırılmalara (kuryerlik) “məsul şəxsi” “Doğan” kod adlı Kadri Encunu təşkil etdiyi əməliyyatla zərərsizləşdirib.

Sözügedən terrorçu “Pəncə” əməliyyatları qarşı təxribatlar hazırlayıb və terrorçuların Qara, Zap, Metina və Haftanin istiqamətlərində fəaliyyətlərini təmin edib.

Poliqon.info