FIFA qadın futbolçunu dodağından öpən federasiya prezidentinin futbol fəaliyyətinə qadağa qoydu 

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubialesi vəzifəsindən uzaqlaşdırılıb

Bu barədə ali futbol qurumunun İntizam Komitəsi qərar qəbul edib.

Yayılan açıqlamada bildirilib ki, funksioner müvəqqəti olaraq bütün futbol fəaliyyətlərindən məhrum edilib. 90 gün ərzində araşdırmalar yekunlaşdırılacaq və son qərar veriləcək.

Rubialesin uzaqlaşdırılmasına səbəb onun qadınlar arasında dünya çempionatının finalında İngiltərə üzərində qələbədən (1:0) sonra ispaniyalı qadın futbolçu Cennifer Ermosonu dodaqlarından öpməsi olub. Bundan sonra İspaniya hökuməti, qadın futbolçular, klublar etirazlara başlayıblar. Qadın futbolçular etiraz olaraq millidə oynamaqdan imtina etdiklərini bildiriblər. Funksionerin istefası tələb olunsa da, o, postundan getməyəcəyini açıqlayıb.

Poliqon.info