Aleksis Sançes “İnter”ə qayıtdı - Rəsmi

Çilili hücumçu Aleksis Sançes karyerasını yenidən “İnter”də davam etdirəcək.

Bu barədə İtaliya klubunun saytı məlumat yayıb. Bildirilib ki, 34 yaşlı forvardla birillik müqavilə imzalanıb.

A.Sançes son olaraq Fransada “Marsel”in formasını geyinib. O, daha əvvəl 2019-2022-ci illərdə “İnter”də oynayıb. Həmin zaman futbolçu 109 matçda 20 qol vurub, üç titul əldə edib. (oxu.az)

Poliqon.info