Kanadanın Baş naziri: “Biz Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik”

“Biz Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik və buna yol verməməliyik”.

“Report” xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Tryudo “Bloomberg”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, NATO və “G7” ölkələri Rusiya və Ukrayna arasında münaqişənin uzun çəkəcəyini gözləyir: “Qərb ölkələri də bunu gözləyirdi”.

“The Wall Street Journal” yazır ki, ABŞ rəsmiləri Ukraynanın əks hücumda hələ də uğur qazana biləcəyinə inanırlar. Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin komandanlığını zərbəni Tokmak (cənub) istiqamətində cəmləşdirməyə və qüvvələri bütün təmas xətti boyunca, o cümlədən Baxmut bölgəsində dağıtmamağa çağırır.

Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə Moskva ilə Kiyev arasında danışıqlar üçün heç bir perspektiv görmədiyini bildirib. Onun fikrincə, Qərbin bu yöndə bütün çağırışları Ukraynaya yenidən qruplaşma imkanı vermək üçün taktiki hiylədir.

Poliqon.info