Bu qidalar tər qoxusundan qurtulmağa kömək edir

Həkimlər tər qoxusundan qurtulmağa kömək edən məhsulları açıqlayıb.

Poliqon.info lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, həddindən artıq tərləmə, gündəlik gigiyena qaydalarına riayət edilməməsi və bəzi problemlər xoşagəlməz bədən qoxusunun mənbəyi ola bilər. Son araşdırmalar da göstərir ki, pəhrizimiz və qidalarımız da bədən qoxusuna təsir edir.

İspanaq və kələm kimi yaşıl yarpaqlı tərəvəzlər təbii dezodorant kimi fəaliyyət göstərən əhəmiyyətli xlorofil tərkibinə malikdir. Gündəlik qəbul etdiyimiz ərzağa bu qidaların əlavə edilməsi bədəndə tarazlaşdırılmış pH səviyyəsini saxlamağa kömək edir və qələvi səviyyəsini azaldır. Nanə tər vəzilərinə yönəldilmiş impulsların sayını azaldan və bununla da tər istehsalını azaldan sakitləşdirici xüsusiyyətlərə malikdir.

Poliqon.info