Reznikov Almaniyanın tezliklə Ukraynaya qanadlı raketlər tədarük edəcəyinə əmindir

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Almaniyanın onun ölkəsini “Taurus” qanadlı raketlərlə təmin edəcəyinə əmin olduğunu bildirib...

APA xəbər verir ki, bu barədə o, "Bild" nəşrinə müsahibəsində deyib.

"Mən həqiqətən bu məsələdə optimistəm və gələcəkdə Almaniyadan "Taurus"" alacağımıza inanıram", - nazir bildirib.

Müdafiə naziri Reznikov qanadlı raketlərin nə vaxt Ukraynaya veriləcəyini açıqlamayıb: "Ancaq bunun bir il çəkəcəyini düşünmürəm", - deyə o əlavə edib.

Qeyd edək ki, Ukrayna bir müddətdir ki, “Taurus” qanadlı raketlərini Almaniyadan istəyir, lakin Almaniya kansleri Olaf Şolts indiyə qədər Ukraynanı bu silahla təmin etməkdən çəkinir. Bu qanadlı raketlərin Rusiya ərazisinə də çata biləcəyi ilə bağlı narahatlıqlar var.

Şolts yerli mediaya bildirib ki, Almaniyaya qarşı hər hansı tələblər irəli sürülsə də, o, hər bir qərarı diqqətlə nəzərdən keçirməyə davam edəcək, "heç vaxt tələsik heç nə etməyəcəyəm", - Almaniya hökumət başçısı deyib.

Poliqon.info