Lukaşenko Putinin Priqojinin ölümündə iştirakını inkar edib...

Belarus prezidenti: Priqojinin ölümündə Putinin əli ola bilməz...

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya lideri Vladimir Putin biznesmen Yevgeni Priqojinin ölümündə əli ola bilməz.

Poliqon BelTa Agentliyinə istinadən xəbər verir ki, Belorus prezidenti jurnalistlərlə söhbətində Moskvanın insidentdə iştirakı ilə bağlı şayiələri təkzib edib.

Belarus lideri təyyarə qəzasının arxasında kimin olduğunu deyə bilməyəcəyini vurğulayıb. Bununla belə, Lukaşenko bunu Rusiya prezidentinin üstünə asmaq istəyənlərin sayının çoxluğuna baxmayaraq, günahın Kremldə olduğunu təsəvvür edə bilmir.

“Mən Putini tanıyıram. Bu ehtiyatlı, çox sakit və hətta ləng qərar verən bir insandır. Ona görə də mən təsəvvür edə bilmirəm ki, bunu Putin edib”, deyə Lukaşenko qeyd edib.

Belarus prezidenti həmçinin Tver vilayətində iş təyyarəsinin qəzaya uğramasını “çox kobud, qeyri-peşəkar iş” adlandırıb.

Qeyd edək ki, bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Priqojinin təyyarəsinin qəzaya uğramasında Kremlin əli olması ilə bağlı deyilənlərin reallıqla heç bir əlaqəsi yoxdur.

Poliqon.info